...

Qazaxda bələdiyyənin ərazisi yanıb

Hadisə Materials 5 Avqust 2015 23:57 (UTC +04:00)
Qazaxda iki yanğın hadisədi baş verib
Qazaxda bələdiyyənin ərazisi yanıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Qazaxda iki yanğın hadisədi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax rayonu, Cəfərli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 60 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub. Yanğın saat 16:53-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax rayonu, Dəmirçilər kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmis taxıl sahəsi yanıb.

Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti