...

Zaqatalada ağır yol qəzası baş verib - ölən və yaralananlar var

Hadisə Materials 11 Avqust 2015 14:05 (UTC +04:00)
Zaqatalanın Gözbarax kəndində rayon sakini Qəhrəman Canayev idarə etdiyi “VAZ-21112” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Zaqatalada ağır yol qəzası baş verib - ölən və yaralananlar var

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Zaqatalanın Gözbarax kəndində rayon sakini Qəhrəman Canayev idarə etdiyi "VAZ-21112" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərindən qızı Dünya hadisə yerində ölüb.

Sürücü və digər 2 sərnişin isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti