Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda qadın sürücü avtomobili dayanacağa vurub, avtobus gözləyən şəxs ölümünü qarşılayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub.
Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib. Həkimlərin sayinə baxmayaraq dayanacaqda dayanmış R.Dəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Hadisə ilə bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.