...

DİN Bakıda liftin qırılması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb

Hadisə Materials 22 Avqust 2015 13:21 (UTC +04:00)
Bakının Yasamal rayonundakı binada liftin zəncirinin qırılması nəticəsində üç nəfər zərər çəkib.
DİN Bakıda liftin qırılması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlkin İzzət/

Bakının Yasamal rayonunda yerləşən binada liftin zəncirinin qırılması nəticəsində üç nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Yasamal rayonu D.Bünyadzadə küçəsindəki 175 "E" ünvanda olan binadakı liftin zənciri 2-ci mərtəbədə qırıldığından 1-ci mərtəbəyə düşüb.

Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti