...

Bakıda avtomobillə yol polisini vuran polis saxlanılıb

Hadisə Materials 24 Avqust 2015 13:04 (UTC +04:00)
İdarə etdiyi avtomobillə YPX əməkdaşını vuran şəxs saxlanılıb.
Bakıda avtomobillə yol polisini vuran polis saxlanılıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/

İdarə etdiyi avtomobillə Yol Patrul Xidməti əməkdaşını vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi "Mercedes" markalı avtomobillə orada "BMW" markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti