Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elmir Murad/
Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda 4 mərtəbəli binanın 2-ci mərtəbəsində elektrik lövhəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanaraq yararsız hala düşüb.
Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsindən sonra mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.