...

Yıxıldı, əlindəki stəkan qarnını yaraladı

Hadisə Materials 31 Avqust 2015 19:50 (UTC +04:00)
Gəncədə 25 yaşlı qadın ehtiyatsızlıqdan xəsarət alıb.
Yıxıldı, əlindəki stəkan qarnını yaraladı

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Gəncədə 25 yaşlı qadın ehtiyatsızlıqdan xəsarət alıb.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Ülviyyə Ələkbərova mənzilində olarkən yıxılıb. Bu zaman onun əlindəki stəkan qırılaraq qarın nahiyəsini yaralayıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti