Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/
Ağcabədidə şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oğurluq edərkən tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 31-də saat 04 radələrində Ağcabədi şəhərində "İnkişaf üçün maliyyə" MMC-nin rayon filialının inzibati binasına pəncərədən girmiş şəhər sakinləri Xəyal Talıbov, Elmir Gülmalıyev və Cəmaləddin Hüseynov oğurlğa cəhd edib.
Belə ki, adıçəkilən şəxslər oradakı otaqlardan birində olan seyfdən 235 manat, habelə digər otaqda quraşdırılmış "E-manat" ödəmə terminalından 10 879 manat oğurlayıb hadisə yerini tərk edərkən Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.