...

Tovuzda evakuator avtomobillə toqquşdu

Hadisə Materials 11 Sentyabr 2015 11:04 (UTC +04:00)
Tovuzda ağır yol qəzası baş verib, evakuatorun avtomobillə toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Tovuzda evakuator avtomobillə toqquşdu

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

Tovuzda ağır yol qəzası baş verib, evakuatorun avtomobillə toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Qovlar qəsəbəsi ərazisində qeydə alınıb. 2 nəfərin xəsarət aldığı qəza zamanı evakuator xidməti göstərən avtomaşın "İnfiniti" markalı avtomobillə toqquşub.

Qəzaya düşən avtomobilləri daşıyan minik vasitəsi bu dəfə özü qəzanın iştirakçısı olub. Toqquşma o qədər şiddətli olub ki, "İnfiniti"də olan sərnişinlər 20 yaşlı Rəmzi Alıyev və 25 yaşlı Əsmər Tanırverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, R.Əliyev ilkin yardım göstərildikdən sonra evə buraxılsa da, avtomobildə olan digər sərnişin ağır xəsarətlər aldığından onun tibb ocağında müalicəsi davam etdirilir. Həkimlər 25 yaşlı Ə.Tanırverdiyevanın vəziyyətini kafi qiymətləndirirlər.

Faktla bağlı BDYP-nin əməkdaşları araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti