...

Biləsuvarda orta məktəb yanıb

Hadisə Materials 14 Sentyabr 2015 09:32 (UTC +04:00)
Biləsuvarda orta məktəbdə yanğın hadisəsi baş verib.
Biləsuvarda orta məktəb yanıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Biləsuvarda orta məktəbdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli 18 sinifdən ibarət orta məktəbin sahəsi 15 kv.m olan direktor otağı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində məktəbin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti