...

Bakıda ağır yol qəzası baş verib - ölən və xəsarət alanlar var

Hadisə Materials 22 Sentyabr 2015 13:58 (UTC +04:00)
Bakıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda ağır yol qəzası baş verib - ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 21-də saat 07 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Bakı şəhər sakini Mətləb Məliklinin idarə etdiyi "Mitsubishi L-200" markalı pikapla Sumqayıt şəhər sakini Abil Abbasovun idarə etdiyi "Ford Garqo" markalı yük avtomobili toqquşub.

Nəticədə M.Məlikli hadisə yerində ölüb. Pikapın 2 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hadisə ilə bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti