...

Ağstafada gəlin maşını aşdı, yaralılar var (FOTO)

Hadisə Materials 28 Sentyabr 2015 16:25 (UTC +04:00)
Ağstafada gəlin maşını qəzaya düşüb.
Ağstafada gəlin maşını aşdı, yaralılar var (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Ağstafada gəlin maşını qəzaya düşüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyndai" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı bəy xəsarət almasa da, sürücü - 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü.

Fakta bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti