Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Kəngərli rayon sakini Cəmşid Hüseynov Şərur rayonunun Tənənəm kəndi ərazisindən nömrəsi silinmiş 3 ədəd avtomat silahı tapıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, C.Hüseynov tapdığı avtomatları könüllü olaraq Naxçıvan MR DİN-ə təhvil verib.