...

Mingəçevirdə silahlı insident baş verib - ölən var

Hadisə Materials 27 Oktyabr 2015 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/

Mingəçevirdə silahlı insident baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Ağdam rayon sakini Şakir Əhmədov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Bəxtiyar Rəhimova xəsarət yetirib və hadisə yerini tərk edib. Yaralanan B.Rəhimov hadisə yerində ölüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti