Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elmir Murad/
Bakıda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Rayon ərazisində yaşayan Ukrayna vətəndaşı İqor Moloçev yıxılaraq kəllə-beyin travması alıb.
İ.Moloçev xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.