...

Sabunçuda zavod binası yanıb

Hadisə Materials 10 Noyabr 2015 11:50 (UTC +04:00)
Paytaxtın Sabunçu rayonu ərazisində “KLASSİK-KO LTD” MMC-ə məxsus ümumi sahəsi 8000 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən zavodun bir hissəsi yanıb.
Sabunçuda zavod binası yanıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Azər Niftiyev/

Paytaxtın Sabunçu rayonu ərazisində "KLASSİK-KO LTD" MMC-ə məxsus ümumi sahəsi 8000 kv.m olan, hazırda fəaliyyət göstərməyən zavodun bir hissəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda anbar kimi istifadə olunan binada, sahəsi 38 kv.m olan 1 otağın yanar konstruksiyaları, içərisində olan əşyalar yanıb və yüksək temperaturdan ona bitişik olan otağın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti