...

Balakən sakinindən silah-sursat götürülüb

Hadisə Materials 16 Noyabr 2015 14:19 (UTC +04:00)
Balakən rayonunda odlu silah və vasitələri aşkarlanıb.
Balakən sakinindən silah-sursat götürülüb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Elmir Murad/

Balakən rayonunda odlu silah və vasitələri aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, silah rayonun Əliabad kənd sakini Elman Mirzəbəyovdan götürülüb.

Baş Cinayət-Axtarış İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mirzəbəyovdan "AK-74" markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti