...

Bakı-Quba yolunda qəza: yaralı var

Hadisə Materials 18 Noyabr 2015 17:56 (UTC +04:00)
Bakı-Quba yolunun 8-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Quba yolunda qəza: yaralı var

Bakı, Nicat Abdullayev - Trend:

Bakı-Quba yolunun 8-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə daxil olan məlumata görə, Qocayev Elvin Natiq oğlu yüksək sürətlə idarə etdiyi "99 HD 335" dövlət nömrə nişanlı BMW markalı avtomobili yol kənarındakı dirəyə çırpıb.

Nəticədə E.Qocayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti