...

Avtomobil qaçırdı, amma çox gedə bilmədi

Hadisə Materials 25 Noyabr 2015 14:12 (UTC +04:00)
Bakıda polis avtomobil qaçıran şəxsi saxlayıb.
Avtomobil qaçırdı, amma çox gedə bilmədi

Bakı. Elmir Murad - Trend:

Bakıda polis avtomobil qaçıran şəxsi saxlayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 24-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Filman Mirzəliyevə məxsus "VAZ-2101" markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş Bakı şəhər sakini Elnur Şıxıyev noyabrın 24-də saat 06 radələrində Moskva prospektində Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və 18-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti