...

Bakıda daha bir dələduz saxlanılıb

Hadisə Materials 14 Dekabr 2015 13:46 (UTC +04:00)

Bakı. Elmir Murad - Trend:

Bakıda dələduzluq yolu ilə avtomobil qaçıran şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Xalid Quliyevdən dələduzluq yolu ilə "TOFAŞ" markalı avtomobil alınıb.

Fakt Sumqayıt şəhərində həmin avtomobil hərəkətdə olan zaman DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib.

Görülən tədbirlər nəticəsində avtomobil Sumqayıt şəhər sakini Qurban İsrafilov tərəfindən idarə edilərkən Corat qəsəbəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti