...

Bakıda külli miqdarda partlayıcı oyuncaq aşkarlandı

Hadisə Materials 17 Dekabr 2015 12:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda 3132 partlayıcı oyuncaq aşkar edərək götürüb.
Bakıda külli miqdarda partlayıcı oyuncaq aşkarlandı

Bakı. Samir Məmmədov - Trend:

Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda 3132 partlayıcı oyuncaq aşkar edərək götürüb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində səyyari ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti