Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Yevlax rayonunda zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ saat 09:17:57-də Mingəçevirdən 28 km cənubda - Yevlax rayonu ərazisində 3,2 maqnituda gücündə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.