...

Polis 27 mindən artıq partlayıcı oyuncaq aşkarladı

Hadisə Materials 30 Dekabr 2015 13:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində külli miqdarda partlayıcı oyuncaq aşkarlayıb.
Polis 27 mindən artıq partlayıcı oyuncaq aşkarladı

Bakı. Samir Məmmədov - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində külli miqdarda partlayıcı oyuncaq aşkarlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində səyyar ticarətlə məşğul olan Elnur Fərəcovdan, Teymur Mehralıyevdən və Vüsal Hüseynovdan 2419 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xətai rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Miri Eyvazovdan, Mehman Səmədovdan, İlham Rzayevdən, Elşən Əliyevdən 24800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti