Bakı. Trend:
Şəmkir rayonunda bıçaqlanma hadisəsi bu gün baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, 30 yaşlı rayon sakini Elnarə İbrahimova bıçaq yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Həkimlər İbrahimovaya qarının ön divarının daxilə keçən yarası diaqnozunu qoyublar. Qadın dərhal əməliyyat olunub, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.