...

Bakıda gecə yanğınları...

Hadisə Materials 4 Fevral 2016 09:04 (UTC +04:00)
Gecə saatlarında Bakını müxtəlif rayonlarında yanğın hadisəsi qeydə alınıb.
Bakıda gecə yanğınları...

Bakı. Trend:

Gecə saatlarında Bakını müxtəlif rayonlarında yanğın hadisəsi qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları, soyuducu və divan yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın faktı Suraxanı rayonunda qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı dəmiryol xətti yanğından mühafizə olunub.

Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nəsimi rayonunda da yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət mətbəxin dam örtüyü 6 kv.m sahədə və soyuducu yanıb. Mətbəxin qalan hissəsi və ümumi sahəsi 150 kv.m olan sex yanğından mühafizə olunub.

Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti