...

Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb

Hadisə Materials 5 Fevral 2016 18:44 (UTC +04:00)
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb.
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb

Bakı. Trend:

Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalıb.

Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol polis idarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti