...

Səhər saatlarında Bakıda yanğın - 5 fərdi ev yanıb

Hadisə Materials 11 Fevral 2016 11:12 (UTC +04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Səhər saatlarında Bakıda yanğın - 5 fərdi ev yanıb

Bakı. Trend:

Bakıda yanğın hadisəsi qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, yanğın Binəqədi rayonunda yerləşən 5 ədəd fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub.

Yanğın saat 09:10-da söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti