...

Bakıda evin saunası yanıb

Hadisə Materials 11 Fevral 2016 17:00 (UTC +04:00)
Bakıda evin saunasında yanğın olub.
Bakıda evin saunası yanıb

Bakı. Trend:

Paytaxtda evin saunasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti