...

Məhkum tapançasını təhvil verdi (FOTO)

Hadisə Materials 15 Fevral 2016 20:06 (UTC +04:00)
Məhkum silahını təhvil verib.
Məhkum tapançasını təhvil verdi (FOTO)

Bakı. Trend:

Məhkum silahını təhvil verib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Ramin Qafar oğlu könüllü olaraq bir ədəd odlu silah hesab edilən, 9 mm kalibrli "Valtro-85 Combat" tipli tapançanı təhvil verməyə razı olduğunu bildirib.

R.Məmmədovun xahişi ilə onun tanışı, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü vətəndaş Həşimov Zamir Əhədəli oğlu tərəfindən qeyd olunan silah Penitensiar Xidmətin əməkdaşlarına təqdim olunub.

Odlu silah aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti