Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insident barədə məlumat yayıb.
Trend nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Anar Hacıyev qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlib və tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub. O, hadisəni "Makarov" markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib.
Araşdırmalar aparılır.