...

Binəqədidə 3 yanakı ev yanıb

Hadisə Materials 17 Fevral 2016 18:19 (UTC +04:00)
Binəqədi rayonunda 3 evdə yanğın olub.
Binəqədidə 3 yanakı ev yanıb

Bakı. Trend:

Binəqədi rayonunda 3 evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb və 2-ci mərtəbəsində yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti