Bakı. Trend:
Bakıda və Massalı rayonunda yanğın hadisələri baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Masallı rayonu, Şıxlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.