...

Gəncədə yol qəzası baş verib, yaralı var

Hadisə Materials 2 Mart 2016 08:42 (UTC +04:00)
Gəncədə avtomobil divara çırpılıb, sürücü yaralanıb.
Gəncədə yol qəzası baş verib, yaralı var

Bakı. Trend:

Gəncədə avtomobil divara çırpılıb, sürücü yaralanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhərində yol-nəqliyyat hadisəsi Totanlı küçəsində baş verib. Daşkəsən rayon sakini 23 yaşlı Azər İsgəndərov avtomobildə idarəetməni itirib, nəticədə maşın divara çırpılıb.

Yaralanan sürücü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Sağ bud sümüyünün sınığı diaqnozu qoyulan yaralı tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti