...

Abşeronda iki uşağın ölümü ilə nəticələnən yanğın olub

Hadisə Materials 15 Mart 2016 15:29 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Abşeronda iki uşağın ölümü ilə nəticələnən yanğın olub

Bakı. Trend:

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 13:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti