...

Adam öldürən Türkiyə vətəndaşı Bakıda saxlanılıb

Hadisə Materials 18 Mart 2016 17:10 (UTC +04:00)
Adam öldürməkdə təqsirli bilinən Türkiyə vətəndaşı Bakıda saxlanılıb.
Adam öldürən Türkiyə vətəndaşı Bakıda saxlanılıb

Bakı. Trend:

Adam öldürməkdə təqsirli bilinən Türkiyə vətəndaşı Bakıda saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmet tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti