...

Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub

Hadisə Materials 30 Mart 2016 00:28 (UTC +04:00)
Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub
Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub

Bakı. Trend:

Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə xəsarət alaraq xəstəxanalıq olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün axşam saatlarında Gəncə şəhər sakini 40 yaşlı Mahir Əliyev yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, qapalı kəllə-beyin travması və sol qulağın əzilməsi diaqnozu qoyulan şəxs tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin müdaxiləsi nəticəsində 40 yaşlı kişinin həyatı təhlükəsi aradan qaldırılıb. Onun hansı şəraitdə xəsarət aldığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti