...

Sumqayıtda qətl törədən şəxs məcburi psixoloji müalicəyə göndərildi

Hadisə Materials 30 Mart 2016 16:03 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Sumqayıtda qətl törədən şəxs məcburi psixoloji müalicəyə göndərildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Babaverdiyev məcburi psixoloji müalicəyə göndərilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi "Hyundai" markalı avtobus 2-ci mikrorayon ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini B.Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa dəyib.

S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti