...

Bakıda 74 yaşlı qadının cəsədi aşkarkalıb

Hadisə Materials 7 Aprel 2016 03:36 (UTC +04:00)
Bakıda mənzildə cəsəd tapılıb.
Bakıda 74 yaşlı qadının cəsədi aşkarkalıb

Bakı. Trend:

Bakıda mənzildə cəsəd tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Dilarə Hüseyn qızı Əkbərovanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:09-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti