...

Tovuzda ev yanıb

Hadisə Materials 14 Aprel 2016 15:13 (UTC +04:00)
Gündüz saatlarında Tovuzda yanğın faktı qeydə alınıb.
Tovuzda ev yanıb

Bakı. Trend:

Gündüz saatlarında Tovuzda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik, ümumi sahəsi 16 kv.m olan talvar yanğından mühafizə olunub.

Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti