...

Sumqayıtda çoxmənzilli yaşayış binasında yanğın: 18 nəfər təxliyə olunub

Hadisə Materials 16 Aprel 2016 23:57 (UTC +04:00)
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Sumqayıtda çoxmənzilli yaşayış binasında yanğın: 18 nəfər təxliyə olunub

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kv.m sahədə və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Xəbər lenti

Xəbər lenti