...

DİN Tovuzda odlu silahla törədilən qətllə bağlı məlumat yaydı

Hadisə Materials 18 Aprel 2016 12:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.
DİN Tovuzda odlu silahla törədilən qətllə bağlı məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılmış güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-34" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti