...

Nardaranda vətəndaşların istismar edilməsi faktı aşkarlanıb

Hadisə Materials 3 May 2016 12:45 (UTC +04:00)
Nardaranda Ukrayna vətəndaşlarının istismar edilməsi faktı aşkarlanıb
Nardaranda vətəndaşların istismar edilməsi faktı aşkarlanıb

Bakı. Trend:

Nardaranda Ukrayna vətəndaşlarının istismar edilməsi faktı aşkarlanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti