Bakı. Trend:
Şəmkirdə yanğın hadisəsi baş verib.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanmıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.