...

Bakıda mənzildə kişi və qadın meyiti tapılıb

Hadisə Materials 9 May 2016 17:28 (UTC +04:00)
Bakıda mənzildə kişi və qadın meyiti tapılıb.
Bakıda mənzildə kişi və qadın meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildə kişi və qadın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşları huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşların vəfat etdiyi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti