...

Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı

Hadisə Materials 12 May 2016 00:57 (UTC +04:00)
Şəmkir rayonunun Sabirkənd kəndində bıçaqlanma hadisəsi baş verib.
Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı

Bakı. Trend:

Şəmkir rayonunun Sabirkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Kənd sakini 48 yaşlı Yasəmən İbrahimova sağ süd vəzinin kəsilmiş deşilmiş diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Əməliyyatdan sonra palataya yerləşdirilən xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsindən verilən məlumata görə Yasəmən İbrahimova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hələlik həmin şəxs saxlanılmayıb.

Xəbər lenti

Xəbər lenti