...

Cəlilabadda “Mercedes” ilə "Shacman" toqquşub, xəsarət alan var

Hadisə Materials 18 May 2016 08:03 (UTC +04:00)
Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində “Mercedes” markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib
Cəlilabadda “Mercedes” ilə "Shacman" toqquşub, xəsarət alan var

Bakı. Trend:

Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində "Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti