Bakı. Trend:
Zaqatalada nəzir qutusunu qarət edən şəxs saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanıb.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.