Bakı. Trend:
Masallı rayonunda vətəndaşa məxsus ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, Banbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğında mühafizə olunub.
Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.