...

Xəzərdə batan iki nəfər xilas edilib

Hadisə Materials 22 İyul 2016 20:09 (UTC +04:00)
Bu gün Xəzər sularında batan daha iki nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Xəzərdə batan iki nəfər xilas edilib

Bakı. Trend:

Bu gün Xəzər sularında batan daha iki nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.

Trend FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 14:36-da başa çatıb.

Digər hadisə isə Xəzər rayonu ərazisində baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxara biliblər. Əməliyyat saat 18:05-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti