...

Tövlədə baş verən yanğın 16 heyvanın tələfi ilə nəticələndi

Hadisə Materials 30 İyul 2016 17:46 (UTC +04:00)
Ağcabədi rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib.
Tövlədə baş verən yanğın 16 heyvanın tələfi ilə nəticələndi

Bakı. Trend:

Ağcabədi rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 617 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 530 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 16 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olublar. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti